Y.Kapito: N.de Fris mübarizəni dayandıra bilərdi

Williams-ın rəhbəri Yost Kapito bildirib ki, İtaliya yarışı təhlükəsizlik maşınının ardında bitməsə, Nik de Friz xalsız qalacaqmış.

F-1.az xatırladır ki, niderlandlı sürücü İtaliyada Williams ilə Formula1-dəki ilk yarışına çıxmış və 8-ci olaraq, xallar qazanmışdı. Yarışın sonlarında Rikkardonun maşını dayanmış və trasa təhlükəsizlik maşını daxil olmuşdu. Yarış elə təhlükəsizlik maşınının arxasında bitmişdi.

Yost Kapito: “Əgər restart verilsəydi, De Fris mübarizəni dayandırmalı olacaqdı. Sadəcə bir dövrə yarışsaq belə, mübarizəni dayandıracaqdı. Lakin o yarışdan xalla ayrıla bildi. Əks halda nələr olardı bilmirik. Bəxti gətirdi. Xallara layiq idi”.

, ,