20 Avqust 2019, Çərşənbə axşamı - 19:04

İspaniya-2016: Williams növbəti dəfə ən sürətli pit-stopu edib

İspaniya-2016: Williams növbəti dəfə ən sürətli pit-stopu edib

Müəllif: Rauf Hacıyev, redaktor

17:37 - 17 May, 2016

Williams komandası İspaniya yarışında da ən sürətli pit-stop edən komanda olub…

F-1.az xatırladır ki, keçən il pit-stoplardakı səhvlərə görə çoxlu xallar ititrən britaniyalılar bu il bokslarda rəqiblərinə aman vermirlər. İlk 4 yarışda ən sürətli pit-stop edən Williams komandası İspaniyada da uğurlu seriyanı davam etdirib.

Komanda Massanın pit-stopuna 2.12 saniyə vaxt sərf edib. İkinci ən sürətli pit-stop isə yenə də Williams komandasının aktivinə yazılıb – komanda Bottasın təkərlərini 2.22 saniyəyə dəyişdirib. Ferrari Fettelin pit-stopunu 2.36, Force İndia isə Peresin pit-stopunu 2.36, Red Bull isə Rikkardonun pit-stopunu 2.49 saniyəyə həyata keçirib.

Beləliklə, Williams komandası ilk 5 yarışın hamısında ən sürətli pit stop edərək, növbəti dəfə DHL Ən Sürətli Pit-Stop mükafatını qazanıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 333
Teqlər , , , , , ,
Paylaş

logo