22 Avqust 2019, Cümə axşamı - 19:41

F.Alonso: “Fettel 4 qat çempionluğa layiq deyil”

F.Alonso: “Fettel 4 qat çempionluğa layiq deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

06:11 - 24 Oktyabr, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Lyuis Həmiltonun çempion olmasını daha çox istəyir.

F-1.az xatırladır ki, Sebastyan Fettel 2010-cu və 2012-ci illərdə Fernando Alonsonu son yarışlarda məğlub edərək, çempion olmuşdu.

Amma Həmilton bu il almaniyalı sürücüyə qarşı böyük üstünlük qazanıb və son 3 yarışa 66 xallıq fərqlə gedir. Britaniyalı sürücü növbəti yarışda Fetteldən 15 xal az toplasa belə, 4-cü dəfə çempion olacaq.

Fernando Alonso: “Əgər çempionluq uğrunda mübarizə aparmırsınızsa, sizə maraqlı olmur. Çünki sizin mübarizəniz deyil. Amma hazırda Sebastyanın 4, Lyuisin 3 çempionluğunun olması ədalətli deyil. Lyuisin karyerası daha yaxşıdır. Lyuisin 4-cü dəfə çempionluğu qazanması məni sevindirər. Çempionluq saylarının bərabər olması daha məntiqlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 081
Teqlər , , ,
Paylaş

logo