Fettelin kolleksiyasındakı Nissan satılır

Dördqat dünya çempionunun kolleksiyasından olan Nissan GT-R Black Edition idman maşını Almaniyada 250 min avroya satışa çıxarılıb.

F-1.az bildirir ki, Sebastyan avtomobili 2012-ci ilin iyulunda alıb və şəxsi lüks maşınlar kolleksiyasında saxlayıb. Fettel əslində son 10 ildə bu Nissan-ın sükanı arxasına keçməyib – maşının yürüş məsafəsi cəmi 150 kilometrdir. Onu satan şirkətin saytında avtomobilin texniki və vizual olaraq yeni olduğu bildirilir.

2012-ci ildə Nissan GT-R Black Edition 545 at gücünə malik 3,8 litrlik V6 biturbo benzin mühərriki ilə təchiz edilib. Sıfırdan 100 km/saata qədər sürətlənmə cəmi üç saniyə vaxt alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*