Ş.Lekler: Komanda yoldaşıma təşəkkür edirəm

F-1.az xəbər verir ki, mövsümdə yeddinci poulunu əldə edən monakolu sürücü komanda yoldaşına minnətdardır.

Şarl Lekler: “Əla dövrə vura bildim. Bütün həftəsonu boyunca çətinliklərim var idi, ideal dövrəm olmamışdı. Amma bu gün Karlos mənə çox kömək etdi və bu, komanda işinin gözəl nümunəsi oldu. O olmasa, mübarizə daha kəskin olacaqdı. Buna görə də, komanda yoldaşıma təşəkkür edirəm və ümid edirəm ki, sabah qələbə uğrunda mübarizəmizə qoşula bilər.

İlk sessiyada tempimizə təəccübləndim, ikinci sessiyanı inamlı keçdir. Həlledici anda da yaxşı nəticə göstərdik. Xoş sürpriz oldu. F1-75 xoş təəssurat yaratdı. Dünən Red Bull-un maşınında nə etdiyini başa düşmək bizim üçün çox çətin idi. Sabah necə olacağını görəcəyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*