Ş.Lekler cəza almayacaq

Ferrari komandası Bakıda yaşanan problemlərdən sonra Şarl Lekleri yeni turboya keçirməyib.

F-1az bildirir ki, bununla da İtaliya komandası cəzadan qaçıbdır.

Xatırladaq ki, Lekler Bakıda güc qurğusuna görə problem yaşamış və motor yararsız hala düşmüşdü. Komanda Leklerə yeni turbo versəydi, yarışın startında 10 yer itirəcəkdi. Buna görə də ona yeni turbo verilməyib. Əvəzində isə Şarlı yeni daxiliyanma mühərriyinə, MGU-H və MGU-K generatorlarına keçiriblər. Bundan beşqa Lekler bu il ikinci elektronika idarəetməsinə keçib.

Yuki Tsunoda isə yeni güc qurğusuna keçdiyi üçün startda yer itirməli olacaq. O, bütün elementləri yenilədiyi üçün yarışa sonuncu yerdən başlayacaq.

Kevin Maqnussen də Bakıda yaşadığı problemdən sonra yeni daxiliyanma mühərriyi, turbo, MGU-H və qazburaxma sisteminə, Esteban Okon isə yeni daxiliyanma mühərriyi, turbo, MGU-H və MGU-K generatorlarına keçib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*