İspaniya-2022: Birinci sərbəst yürüşlər

Haas-dan başqa bütün komandalar İspaniyaya ciddi yeniliklərlə gəliblər. İlk məşqlər onların yoxlanılmasına həsr edilib, maşınların üzərindəki aerodinamik boyalar tez-tez nəzərə çarpıb.

F-1.az bildirir ki, digər seriyalardan olan sürücülər günboyu trasda işlədiyindən, asfalt rezin qatı ilə örtülüb və trasın vəziyyəti yaxşı olub. Tribunalar demək olar ki, tamamilə dolub.

Bu il ilk dəfə 3 komanda məşqlərdə əvəzetmələrə əl atıb – Aleksander Elbonun yerinə Formula E çempionu Nik de Vriz, Serxio Peresin yerinə Yuri Vpis, Quanyu Çjounun yerinə isə Robert Kubitsa keçib. Qeyd edək ki, ikinci sessiyada əsas sürücülər yenidən öz maşınlarını təhvil alacaqlar.

Fettel, Bottas və Maqnussen ilk dövrədən sonra geri qayıdaraq maşınları mexaniklərə təhvil versələr də, sonradan yenidən trasa çıxa biliblər. Okon sükanın, Həmilton isə DRS sisteminin işləməməsindən şikayətlənib.

Şarl Lekler 1:19.828 ilə ən yaxşı nəticəni göstərib. Hər iki ispan sürücü doğma publika önündə ilk beşliyə düşüb. Məşqlər bu gün davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:19.828 26
2 55 Karlos Sayns Ferrari 1:19.907 + 0:00.079 26
3 1 Maks Ferstappen Red Bull 1:20.164 + 0:00.336 27
4 63 Corc Rassell Mercedes 1:20.590 + 0:00.762 27
5 14 Fernando Alonso Alpine 1:20.768 + 0:00.940 23
6 44 Lyuis Həmilton Mercedes 1:20.811 + 0:00.983 27
7 4 Lando Norris McLaren 1:21.279 + 0:01.451 23
8 10 Pyer Qasli AlphaTauri 1:21.422 + 0:01.594 23
9 3 Daniel Rikkardo McLaren 1:21.737 + 0:01.909 22
10 22 Yuki Tsunoda AlphaTauri 1:21.814 + 0:01.986 27
11 31 Esteban Okon Alpine 1:21.891 + 0:02.063 25
12 18 Ləns Stroll Aston Martin 1:21.920 + 0:02.092 23
13 88 Robert Kubitsa Alfa Romeo 1:21.975 + 0:02.147 20
14 20 Kevin Maqnussen Haas 1:22.089 + 0:02.261 15
15 47 Mik Şumaxer Haas 1:22.146 + 0:02.318 20
16 5 Sebastyan Fettel Aston Martin 1:22.164 + 0:02.336 19
17 77 Valtteri Bottas Alfa Romeo 1:22.614 + 0:02.786 24
18 45 Nik de Vriz Williams 1:22.920 + 0:03.092 28
19 6 Nikolas Latifi Williams 1:23.011 + 0:03.183 26
20 36 Yuri Vips Red Bull 1:24.138 + 0:04.310 22
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*