Bəhreyn-2023: Həftəsonuna ilkin hava proqnozu

Bəhreyndə son məşqlər, sıralanma turu və yarış süni işıqlar altında - saat 18:00-dan sonra baş tutacaq.

Mövsümün ilk yarışına yağmursuz hava vəd edilir.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, cümə günü hava +24 dərəcəyə qədər isinəcək, mülayim külək əsəcək. Şənbə və bazar günləri havanın temperaturu gündüz +26, axşam isə +20 dərəcə ətrafında olacaq.

Ötən il də Bəhreyn Qran Prisinin bütün sessiyaları quru trasda keçirilmişdi.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*