Avstraliya-2017: Həftəsonuna hava proqnozu

Həftəsonu Melburnda hava isti olacaq, yağışın yağma ehtimalı çox azdır.

F-1.az avtodromun rəsmi səhifəsinə istinadən bildirir ki, cümə günü hava dəyişkən buludlu olacaq və mülayim külək əsəcək. Temperatur +26 dərəcə olacaq. Şənbə günü havanın günəşli olacağı və temperaturun +27 dərəcəyə çatacağı bildirilir. Həftəsonu ən isti gün isə yarışın baş tutacağı bazar günü olacaq – hava +30 dərəcəyə qədər qızacaq. Hər üç gün ərzində yağışın yağma ehtimalı 10-20% qiymətləndirilir.

Xatırladaq ki, keçən il Melburnda cümə günü yağış yağmış, şənbə və bazar günlərində isə bütün sessiyalar quru havada baş tutmuşdu…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*