V.Bottas: Gözləmədiyim hədiyyə aldım

Alfa Romeo komandasının sürücüsü Valtteri bottas bildirib ki, templərindən razı qalıblar.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Kanada yarışında 7-ci yeri tutub.

Valtteri Bottas: “Yarışın nəticəsindən razıyam. Çətin yarışlardan sonra iki maşınla xal almaq gözəl oldu. Rəqiblərimizlə mübarizə apara bildik və mövsümün əvvəlindəki səviyyəmizə geri qayıtdıq.

Yarışım bəsit idi. Hard təkərlə başladım və daha sonra yarış mənim üçün mükəmməl keçdi. Təhlükəsizlik maşını da vaxtında girdi. Gözləmədiyim bir hədiyyə aldım. Nəticədən razıyam. Çjouya görə də sevinirəm. Özünə olan inamı artırdı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*