M.Ferstappen: Rassel işi ilə məşğul olsun

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Corc Rassel öz işi ilə məşğul olmalıdır.

F-1.az xatırladır ki, Elbon Macarıstandakı sıralanma turunda 13-cü yeri tutduqdan sonra Corc Rassel rəqibi olan Red Bull komandasını tənqid edib və bildirib ki, onlar Aleksi axmaq yerinə qoyublar.

Ancaq belə görünür ki, bu sözlər Maks Ferstappenin heç də xoşuna gəlməyib: “Birincisi, Corc bizim komandamız barədə heç nə bilmir. Buna görə də başqası barədə danışmaqdansa, öz işinə fokuslansa, daha yaxşı olar. Mən həmişə maşından maksimumu alıram. Əlimdən gələni edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*