S.Peres: Təhlükəsizlik maşını nəticəyə təsir etdi

F-1.az bildirir ki, yarışa üçüncü yerdən başlayan Serxio Peres startda Lyuis Həmiltona, sonrala yaxın isə Corc Rassellə keçilərək podiumdan kənarda qalıb.

Serxio Peres: “Çətin yarış oldu. Podiuma çıxmalı idim, amma nə baş verdi bilmirəm – təəssüf ki, VTM nəticəyə təsir etdi. Belə olmamalı idi, amma bu gün oldu. Mənə xəbər verildi ki, VTM rejimi 9-cu döngənin çıxışında bitəcək, amma bitmədi. Daha sonra 12-ci döngəyə qədər deyildi. Deyəsən Corc fərqli məlumatlar alırdı və restartda daha yaxşı hazırlaşırdı. Nəsə oldu, rejim yalnız 13-cü döngədə başa çatdı. Yarışın qalan hissəsində maşın kifayət qədər sürətli idi. Xüsusilə də, Medium təkərlərlə sonlara doğru daha yaxşı idik. Güman edirəm ki, VTM rejimindən sonra Corcdan daha sürətli idim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*