B.Ekklstoun: F1 Ferstappenə təşəkkür etməlidir

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Maks Ferstappen F1-in populyarlığını artırır.

F-1.az xatırladır ki, niderlandlı sürücü 25 yaşı olmasına baxmayaraq, iki Dünya Çempionluğu və 35 yarış qələbəsi qazanıb.

Berni Ekklstoun: “Mən ayrılandan sonra Formula1-də çox şey dəyişdi, ancaq dəyişməyənlər də oldu. Braziliyada paddoka gedəndə çoxlu tanış gördüm.

Məncə, Formula1 Maks Ferstappenə təşəkkür etməlidir. O, əsk yarışçısır. Öz işini görür: Yarışır. Azarkeşlər uzun illər idi ki, belə sürücü görmək istəyirdilər. Niderland onunla qürur duyur. Hamı onun arxasındadır. Zandfortda yarışın keçirilmə səbəbi də odur. Oradakı yarışlara getmədim, amma ümid edirəm ki, bəzi şeylər düzəlib. Yoxsa heç yaxşı olmaz.

Görək rekordları qıra biləcəkmi. Hər şey boliddən asılıdır. Red Bull üçün hər şey qaydasında olsa, yarışmağa davam edəcək. Görək nə olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*