Belçika-2021: Yarış

Belçikada həftəsonuna damğa vuran amil hava şəraii olub. Cümə günü quru havada işləmək mümkün olsa da, dünənki hər iki sessiya yaş asfalt üzərində baş tutub. Bu gün də yağış yağacağı üçün hamı yüksək asfaltayatma qüvvəsi əldə etməyə çalışıb.

F-1.az xatırladır ki, cümə günü ilk məşqlərdə Valtteri Bottas, ikinci məşqlərdə isə Maks Ferstappen hamını üstələyib. Maks dünənki məşqlərdə də hamını üstələdikdən sonra sıralanma turunda növbəti poulunu əldə edib.

Sıralanma turunun nəticələrinə əsasən, sürprizə imza atmış Corc Rassell yarışa ikinci sıradan başlamağa haqq qazanıb. İkinci cərgəni Lyuis Həmilton və Daniel Rikkardo tutublar. Start düzlüyündə yerini tutmaq üçün gələn Serxio Peres qəza edərək asılqaınını zədələyib və onun maşını təxliyə edilib.

Şiddətli yağışa görə sratın Təhlükəsizlik Maşını arxasında veriləcəyi bildirilib. Start əvvəlcə 25 dəqiqə təxirə salınıb. Deyilən vaxtda sürücülər isinmə dövrəsinə yollanıblar. İki dövrə vurduqdan sonra qırmızı bayraqlar dalğalandırılıb, sürrücülər pit-leynə qayıdıblar və maşınları tərk ediblər. Peresin maşını bərpa edilib və stüardlar tərəfindən ona start almaq üçün icazə verilib.

Sürücülər yerli saatla 18:17-də, yəni yarışın normal halda başlamalı olduğu vaxtdan 3 saat 17 dəqiqə sonra TM arxasında trasa çıxıblar. İki dövrə vurduqdan sonra yenidən qırmızı bayraq elan olunub. Sürücülər yarışın baş tutması üçün kifayət edən minimum 2 dövrəni vurmuş olublar. Daha 20 dəqiqə gözlədikdən sonra yarışın davam etməyəcəyi açıqlanıb.\

Bu yarış cəmi 6880 metr məsafə qət edildiyi üçün Formula1 tarixinə ən qısa yarış kimi düşüb. Reqlamentə əsasən, sürücülərə tutduqları yerlərə görə xalların yarısı verilib.

Maks Ferstappen mövsümdə 6-cı, karyerasında isə 16-cı qələbəsini əldə edib. Corc Rassell komandasına uzun illərdən sonra ilk podiumu qazandırıb. Lyuis Həmilton isə podiumu tamamlayıb.

Çempionat gələn həftəsonu Niderlandın Zandfort trasında davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 33 Maks Ferstappen Red Bull 3:27.071
2 63 Corc Rassell Williams +1.995
3 4 Lyuis Həmilton Mercedes AMG +2.601
4 3 Daniel Rikkardo McLaren +4.496
5 5 Sebastyan Fettel Aston Martin +7.479
6 10 Pyer Qasli AlphaTauri +10.177
7 31 Esteban Okon Alpine +11.579
8 16 Şarl Lekler Ferrari +12.608
9 9 Nikolas Latifi Williams +15.484
10 55 Karlos Sayns Ferrari +16.166
11 14 Fernando Alonso Alpine +20.590
12 77 Valtteri Bottas Mercedes AMG +22.414
13 99 Antino Covinatsi Alfa Romeo +24.163
14 4 Lando Norris McLaren +27.109
15 22 Yuki Tsunoda AlphaTauri +28.329
16 9 Mik Şumaxer Haas +29.507
17 47 Nikita Mazepin Haas +31.993
18 7 Kimi Rəykkönen Alfa Romeo +36.054
19 11 Serxio Peres Red Bull +38.205
20 18 Ləns Stroll* Aston Martin +44.108

 

* – Ləns Strollun nəticəsinə qırmızı bayraqlar zamanı maşınının arxa qanadının dəyişdirilərək başqa modifikasiyaya keçilməsinə görə 10 saniyə əlavə edilib.

Sürətli dövrə: Nikita Mazepin (Haas) – 3:18.016 (2-ci dövrə)

 

Пилот Страна Команда Очки
1 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 202.5
2 33 Maks Ferstappen Red Bull Racing 199.5
3 4 Lando Norris McLaren Racing 113
4 77 Valtteri Bottas Mercedes-AMG Petronas F1 Team 108
5 11 Serxio Peres Red Bull Racing 104
6 55 Karlos Sayns Scuderia Ferrari Mission Winnow 83.5
7 16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow 82
8 3 Daniel Rikkardo McLaren Racing 56
9 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 54
10 11 Esteban Okon Alpine F1 Team 42
11 14 Fernando Alonso Alpine F1 Team 38
12 5 Sebastyan Fettel Aston Martin Cognizant F1 Team 35
13 22 Yuki Tsunoda Scuderia AlphaTauri Honda 18
14 18 Ləns Stroll Aston Martin Cognizant F1 Team 18
15 63 Corc Rassell Williams Racing 13
16 6 Nikolas Latifi Williams Racing 7
17 7 Kimi Rəykkönen Alfa Romeo Racing ORLEN 2
18 99 Antonio Covinatsi Alfa Romeo Racing ORLEN 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 310.5
2 Red Bull Racing Honda 303.5
3 McLaren Racing Mercedes 169
4 Scuderia Ferrari Mission Winnow Ferrari 165.5
5 Alpine F1 Team Renault 80
6 Scuderia AlphaTauri Honda Honda 72
7 Aston Martin Cognizant F1 Team Mercedes 53
8 Williams Racing Mercedes 20
9 Alfa Romeo Racing ORLEN Ferrari 3
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*