25 Avqust 2019, Bazar - 10:58

Mercedes-dən rekord üzvlük haqqı

Mercedes-dən rekord üzvlük haqqı

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:14 - 02 Yanvar, 2017

Formula1-də qazanılan uğur pulsuz ötüşmür – komandaların növbəti mövsümdə iştirak etmələri üçün lazım olan üzvlük haqqı sonuncu mövsümdə qazandığı xalların miqdarından asılıdır.

F-1.az xatırladır ki, 2013-cü ildə reqlamentdə edilmiş dəyişikliklərə əsasən, hər bir komanda FİA-ya 516 128 dollar ödəməlidir, bu məbləğin üzərinə hər xala görə 5 161 dollar da əlavə olunur. Amma çempion komandanın qazandığı xallar daha baha – 6 194 dollar dəyərləndirilir.

Ona görə də qarşıdakı mövsümdə iştirak etmək üçün Mercedes AMG komandası rekord məbləğ ödəməli olacaq – Mühəndislər Kubokunda qazanılmış 765 xal komandaya 5 254 538 dollara başa gələcək.

Son mövsüm 21 mərhələdən ibarət olduğu üçün FİA-nın yalnız Formula1 komandalarının üzvlük haqqından gəliri 17 413 134 dollar təşkil edəcək.

YerKomandaXallarXalın dəyəri, dollarCəmi, dollarBaza məbləğ, dollarYekun ödəmə, dollarKeçənilki ödəmə, dollar
1Mercedes AMG7656 1944 738 410516 1285 254 5384 870 510
2Red Bull4685 1612 415 348516 1282 931 4761 481 235
3Ferrari3985 1612 054 078516 1282 570 2062 725 036
4Force İndia1735 161892 853516 1281 408 9811 218 024
5Williams1385 161712 218516 1281 228 3461 842 505
6McLaren765 161392 236516 128908 364655 475
7Toro Rosso635 161325 143516 128841 271861 915
8Haas295 161149 669516 128665 797516 128
9Renault85 16141 288516 128557 416918 686
10Sauber25 16110 322516 128526 450701 924
11Manor15 1615 161516 128521 289516 128

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 966
Teqlər ,
Paylaş

logo