T.Volff: “Okon Bottası əvəz etməyəcək”

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Esteban Okon 2019-cu ildə Valtteri Bottası əvəz etməyəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücünün Mercedes-lə birillik müqaviləsi var və bəzi şayiələrə əsasən, Force İndia komandasında mükəmməl performans göstərən Okon 2019-cu ildə “gümüşü oxlar”ın heyətinə keçə bilər.

Toto Volff: “Esteban bizim sürücülərdən biridir və siyahımızdadır. Amma komanda olaraq Bottasın arxasındayıq. Başqa sürücüləri düşünsək, Valtteri təsirlənəcək və tam gücü ilə yarışa bilməyəcək. Bütün komanda Valtterinin uğur qazanmasını istəyir. Onun yerinə başqasını düşünmürük. Bu ilə baxsaq, görərik ki gözəl performans göstərdi və komanda yoldaşını bəzi yarışlarda məğlub etdi. Lyuisə uduzduğu yarışlarda nələr olduğunu anlamalıdır. Valtteridə uğur qazanmaq üçün hər şey var”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*