Mercedes komandası Rossi və Ojye ilə test etmək istəyir

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, MotoGP əfsanəsi Valentino Rossi və WRC üzrə 4 qat Dünya Çempionu Sebastyen Ojye ilə Formula1 testi etmək istəyirlər.

F-1.az xatırladır ki, Mercedes oktyabr ayında MotoGP sürücüsü Xorxe Lorenso ilə test etmişdi. İspaniyalı sürücü testdən sonra Formula1 bolidlərinin döngələrdəki sürətinə heyran qalmış və Formula1 ilə MotoGP-nin fərqli dünyalar olduğunu demişdi.

Amma Toto Volff bildirib ki, onlar Sebastyen Ojye və Valentino Rossi ilə də Formula1 testi etmək istəyirlər: “Formula1-də əyləncə olmalıdır. Mən istəyərəm ki, Rossi və Ojye bolidlərimizin birində istedadlarını nümayiş etdirsinlər. Bəli, mən onlarla bir test günü keçirmək istəyirəm”.

Xatırladaq ki, Rossi 2006-cı və 2008-ci illərdə Ferrari-nin Formula1 bolidi ilə 100 dövrəlik testlər etmiş və Formula1 bolidlərinə heyran qaldığını demişdi.

Rossi Volff-un bu təklifinə belə cavab verib: “Əgər Volff mənə səslənirsə, onda nömrəm var. Necə yox deyə bilərəm? Ferrari-ni test edəcək qədər şanslı idim. Maranelloda yaxşı dostlarım var. Mercedes-i test etməklə onlara bir az xəyanət edə bilərəm. Amma Mercedes ilə niyə test etmək istəməyim?”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*