T.Volff sürücülərindən razıdır

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, sürücülərindən razıdır.

F-1.az xatırladır ki, Mercedes 2022-ci ildə sadəcə bir qələbə qazanıb.

Toto Volff: “Sözün açığı Lyuis çox motivasiyalı və enerjilidir. Yanvarda 38 yaşı olacaq, amma mübarizə aparmaq istəyir. 45 yaşlı amerikalı futbolçu Tom Bredinin performansı mənə çox təsir edir. 41 yaşlı Alonso formadadır. Yəni ki, Lyuis bir neçə il yarışa bilər. Lauda kimi öz standartlarını qarşılaya bilməyəndə təqaüdə çıxa bilər.

Corc Rasselin inkişafı isə istədiyimiz kimi idi. Debütant olsa da, boliddəki problemlərə baxmayraq, yaxşı yarışdı. Əla mövsüm keçirdi və yavaş-yavaş özünəolan inamı artır. Bir gün Dünya Çempionu ola bilər. Səbirli olmalıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*