16 Dekabr 2019, Bazar ertəsi - 06:08

L.Həmilton Rosberqin qələbə seriyasına son qoymaq istəyir

L.Həmilton Rosberqin qələbə seriyasına son qoymaq istəyir

Müəllif: Elçin Zodorov, redaktor

19:50 - 26 Sentyabr, 2016

Niko Rosberq yay fasiləsindən sonrakı 3 yarışda maksimum nəticə göstərərək bu mövsümdə qələbələrinin sayını 8-ə çatdırıb və çempionatda yenidən liderliyə yüksəlib.

F-1.az xəbər verir ki, Lyuis Həmilton özünə güvənir və son 6 yarışın hamısında qalib gəlməyi hədəfləyir: “Sinqapur mənim üçün çətin yarış oldu. Podium yaxşı nəticə idi. Xal fərqinin çox olmaması üçün əlimdən gələnin maksimumunu etdim. Niko möhtəşəm yarışdı, məndə isə alınmadı. Bu, uzun mövsümdür və belə hallar baş verə bilər.

İkimiz də rəqabəti sevirik. Bəzi yarışlarda o əla çıxış edir, bəzilərində isə mən. Güclü bir həftəsonu keçirmək üçün hər bir şey xeyrinizə olmalıdır. Uğurun mənə keçib-keçməyəcəyini bilmirəm, lakin hələ altı yarış var. Əlimdən gələni edəcəyəm. Bir sürücü kimi edə biləcəyim başqa bir şey yoxdur.

Arxaya yox, növbəti yarışlara baxmalı, yaxşı nəticələr əldə etməliyəm. Bunu əvvəl də bacarmışam. İndi yenidən bacarmamaq üçün heç bir səbəb yoxdur. Sepanqda əvvəl də qalib gəlmişəm və orada yarışmaq üçün səbirsizlənirəm. Bu, əla həftəsonu ola bilər…”

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 431
Teqlər , , , ,
Paylaş

logo