11 Dekabr 2018, Çərşənbə axşamı - 04:13

K.Rəykkönen: “Ferrari-nin hələ şansı var”

K.Rəykkönen: “Ferrari-nin hələ şansı var”

Müəllif: Rauf Hacıyev, redaktor

07:44 - 20 Aprel, 2016

Kimi Rəykkönen bildirib ki, Ferrari-nin çempionluq şansı hələ də davam edir və onlar mübarizəyə yenidən qayıda bilərlər…

F-1.az xatırladır ki, italyanlar builki 3 yarışın hamısında problem yaşayıblar və real güclərini göstərə bilməyiblər. Ən əsası isə Ferrari komandası Mercedes AMG ilə qələbə uğrunda mübarizə apara bilməyib.

Xatırladaq ki, Rəykkönen Çindəki yarışın startında komanda yoldaşı Fettellə təmas etdikdən sonra yarış qazanmaqla bağlı bütün ümidlərini itirmişdi.

Kimi Rəykkönen: “Bu mövsüm hələki 3 yarış olub. Sözün düzü, 3 yarış ərzində çox hadisə baş verdi və növbəti yarışlarda da baş verəcək.

Bacardığımız qədər çox xal yğmalıyıq və yarışlarda problem yaşamamalıyıq. Bundan başqa, yarışlarda maksimum qabağa getməliyik.

Mən burada Mercedes-lərə daha yaxın idim. Ancaq problemsiz yarış keçirə bilməsəniz, onlarla mübarizə apara bilməzsiniz.

Elə yarışlar olacaq ki, biz Çindəkindən daha sürətli olacayıq. Bəzi yarışlarda böyük ehtimalla Mercedes daha güclü olacaq, amma əsas bolidi və bütün paketi inkişaf etdirməkdir.

Daha sonra güclü yarışlarımız olacaq və onlarla mübarizə apararaq qalib gələ bilərik.

Amma bunun üçün problemsiz yarışlar keçirtməliyik. Problem yaşasanız, bunun sizə faydası olmaz. Rosberq indidən 3 yarış qazandı və bu heç də yaxşı hal deyil. Bəlkə özü üçün yaxşıdır, amma rəqibləri üçün yaxşı deyil. Ancaq Rosberq bu qələbələrə layiqdir və biz daha yaxşı işlər görməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 259
Teqlər , , , ,
Paylaş

logo