E.Bulye: “Rikkardonu istəyərik”

McLaren komandasının idman direktoru Erik Bulye bildirib ki, Daniel Rikkardo kimi sürücünü transfer etməyə razıdırlar.

F-1.az xatırladır ki, bəzi iddialara əsasən, britaiyalı komanda Rikkardoya 20 milyon dollarlıq müqavilə təklif edib. Qeyd edək ki, Alonsonun McLaren-lə müqaviləsi olsa da, avtoidmanın üç tacını qazanmaq üçün İndyCar-a keçməyi düşünür.

Erik Bulye: “Danieli sevirik. Onu uzun müddətdir ki, şəxsən tanıyıram. Red Bull-da gözəl çıxış edir. Onun kimi sürücü transfer bazarındadırsa, danışıqlar aparmaq istəyərsiniz. Amma ilin bu vaxtı sürücü heyətimiz barədə danışmaq istəmirəm. Bu, sadəcə mədəni bir görüş ola bilər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*