M.Ferstappen problemsiz yarış istəyir

Red Bull komandasının sürücüsü Maks Ferstappen Melburnda problemsiz həftəsonu keçirmək istəyir.

F-1.az xatırladır ki, niderlandlı sürücünün Albert Parkda qələbəsi yoxdur.

Maks Ferstappen: “Uzun müddətdir ki, Avstraliyada yarışmırıq. İndi ora qayıtmağı səbirsizliklə gözləyirik. Orada ab-hava həmişə yaxşı olur. Ancaq bu il trasın quruluşu dəyişilib və onlar bizə maraqlıdır. Bu dəyişikliklər ciddi fərq yarada bilər. Xüsusən də, ən böyük dəyişikliyin olduğu 6-cı döngə fərqli olacaq. Ötmələrin sayı arta bilər. Görək maşın orada necə işləyəcək. Bu tras bəzən tozlu və çirkli olur. Ümid edirəm kk, problemsiz həftəsonu keçirərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*