Helmut Marko: “Maks və Red Bull üçün əməkdaşlığı davam etdirmələri daha yaxşı olar. Məncə, onlar düzgün yoldadırlar. Bu barədə yaxın vaxtlarda açıqlama verilsə, doğru addım olar. Maks sadəcə sürücü deyil, o, yarış komandasının simasıdır.
Mən indi də vaxtaşırı Maksla əlaqə saxlayıram. Əlaqəmizi qoruyuruq, müxtəlif mövzularda danışırıq, Formula1-i də müzakirə edirik. Mənim ürəyim hələ də Red Bull üçün döyünür. Mövsümün başlanğıcı onlar üçün asan alınmadı, amma komanda tədricən formaya düşür. Buna çox sevinirəm, bu, onların gələcəyi üçün vacibdir.
Ayzek Həcərin sıralanma turundakı sürəti məni heyran edir, o, artıq üç dəfə Maksı qabaqlayıb. Bu, hörmətə layiqdir. İndi ona yarışlardakı nəticələrini yaxşılaşdırmaq və təkərlərlə daha düzgün işləmək lazımdır.
Arvid Lindblad da mənim xoşuma gəlir, o, Formula1-də ilk mövsümünü əla keçirir – hər şey onun böyük potensiala sahib olduğunu göstərir. Eyni sözləri Nikola Tsolov barədə də demək olar. Mən onun böyük gələcəyinə inanıram. Düşünürəm ki, o, Formula1-də layiqli təsir bağışlayacaq və Red Bull-a çoxlu müsbət emosiya yaşadacaq”.





