12 Noyabr 2019, Çərşənbə axşamı - 02:21

M.Ferstappen: “Yarışı necə bitirdim, bilmirəm”

M.Ferstappen: “Yarışı necə bitirdim, bilmirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

12:16 - 15 İyul, 2019

Red Bull komandasının sürücüsü Maks Ferstappen finişə çatdığı üçün təəccüblüdür.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Britaniya yarışında Fetteli geridə qoyduqdan sonra rəqibinin əks hücumuna qarşı müdafiə olunarkən almaniyalı sürücü arxadan Ferstappenə çırpılıb. Buna baxmayaraq yarışa davam edən 21 yaşlı sürücü yarışı 5-ci yerdə bitirib.

Maks Ferstappen: “Təkərlərimə nəzarət edərək Sebastyana çatırdım. Daha sonra hücum etdim. Xarici trayektoriyadan döngəyə girdim və 17-ci döngədə müdafiə olundum. Birdən arxadan bir zərbə gəldi.

Artıq danışmışıq və məndən üzr istədi. Düzünü desəm, finişə necə çatdığımı bilmirəm. Hidrovlik sükanda problem əmələ gəldi. Oturacağım da qırılıb. Əylənmədə önə, döngələrdə isə sağa-sola hərəkət edirdi. Boliddən düşəndə altlıq və arxa tərəfin parçalandığını gördüm. Buna görə də beşinci yer əla nəticədir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 130
Teqlər , , ,
Paylaş

logo