M.Ferstappen: Sky tərbiyəsizlik edir

Red Bull komandasının sürücüsü Maks Ferstappen Sky Sports kanalını boykot etmə səbəbini açıqlayıb.

F-1.az bildirir ki, Sky Sports kanalının əməkdaşı Ted Krevits açıqlamasında Ferstappenin 2021-ci ildə Həmiltonun çempionluğunu oğurladığını və ABŞ-da niderlandlı sürücünün sırf maşın hesabına qalib gəldiyini demişdi. Son iki ilin çempionu Ferstappen isə bu sözlərdən heç də razı qalmayıb və Meksikada Sky Sports kanalına müsahibə verməyib.

Maks Ferstappen: “Bu il davamlı olaraq hörmətsizlik edirlər. Xüsusən də, onlardan biri bunu edir və bundan razı deyiləm. Keçmişdə yaşamaq olmaz. Həyat davam edir. Siz televiziyada belə davaç etsəniz, vəziyyət daha da pisləşər. Mənə hörmətsilzik etsəniz, bna dözümüm qalmayacaq. Buna görə onlarla danışmamağa qərar verdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*