M.Ferstappen: Builki uğurları təkrarlamaq çətin olacaq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, gələn mövsüm builki nəticəni təkrarlamaq çətin olacaq.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu il 22 yarışda 15 qələbə qazanıb.

Maks Ferstappen: “Mövsümə pis başladıqdan sonra komanda olaraq əla işlədik. Hər şeyin düzələcəyinə əmin olmasaq da, bacardıq. Bu komandanın bir hissəsi olduğum üçün sevinirəm.

Əylənirik və yaxşı nəticələr qazanmağa çalışırıq. Uğurlarımızdan həzz alırıq. Bu il hədəfimizə çatdıq və növbəti mövsümə fokuslanmışıq. Daha yaxşısını etmək istəyərik. Builki nəticələrdən yaxşısını əldə etmək çətin olsa da, əlimizdən gələni edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*