S.Peres: Özümə inamım qayıtdı

Red Bull komandasının sürücüsü Serxio Peres Macarıstanda podium qazandığı üçün çox sevinir.

F-1.az xatırladır ki, meksikalı sürücü yarışa 9-cu yerdən başlasa da, yekunda 3-cü olaraq, podiuma yüksəlib. Bu, Çekonun Hunqarorinqdəki ilk podiumudur.

Serxio Peres: “İkinciliyə çox yaxınlaşsaq da, sonlarda dövərvi sürücülərə ilişdik. Yarış trayektroriyasının kənarı çox çirkli idi. Buna görə də təkərlərə çox kauçuk yapışdı. Buna görə də çox vaxt itirdik. Yenə də komanda yaxşı strategiya seçdi. Əla nəticə qazandıq.

Bu nəticə özümə olan inamı qaytaracaq. Belə performans göstərmək sizə kömək edir. Bundan sonra tək emidim hər həftəsonu podiuma yüksəlməkdir. Belə davam etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*