H.Marko: Nüsxələnməkdən qorxmuruq

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, büdcə limitinə görə rəqiblərin bir-birini nüsxələməsi artıq çətindir.

F-1.az xatırladır ki, Red Bull komandası qış testlərində yaxşı təsir bağışlayıb. Onlar çoxlu yeniliyi sınaqdan keçiriblər.

Helmut Marko: “Rəqiblərin bizi kopiyalamasından qorxmuruq, çünki büdcə limitinə görə belə şeylərə icazə verilmir. Heç kim əmin olmadığı bir şey üçün pul xərcləmək istəmir.

Bir şeyi nüsxələyə bilərsiniz, amma onu bolidin dizaynına uyğun quraşdırmaq lazımdır. Bu hal ön və arxadan başqa altlıq üçün də keçərlidir. Sirrlər hamısı buradadır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*