H.Marko: Həmiltonun bəxti gətirmir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko düşünür ki, Lyuis Həmiltonun bəxti gətirmir.

F-1.az xatırladırladır ki, yeddiqat Dünya Çempionu bu il özünə oxşamır və gənc komanda yoldaşı Rassellə 34 xal uduzur.

Helmut Marko: “Həmiltonun hələ də çempionluq şansı var. Onu hesabdan silmək ağılsızlıq olar. Bir az əvvəl hesabladım: Növbədə 15 yarış var. Rassell Ferstappendən 41 xal geridədir. Hər şey mümkündür.

Məncə, Mercedes çempionluq uğrunda mübarizəyə qayıda bilər. Bolidləri getdikcə sürətlənir. İndidən bizim səviyyəmizə çatıblar. Hətta bizi qabaqlayıblar. Buna görə onları silmək olmaz. Mercedes güclənsə, Lyuis də geri dönəcək.

Lyuisin bəxti gətirmirdi və geri qaldı. Bir az 2014-cü ildəki Red Bull-a bənzəyir. O vaxt da Sebastyan Fettel problemlər yaşadığı halda, Daniel əla çıxış edirdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*