H.Marko: Nik lider olacaq

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Nik de Vriz komandaya liderlik etməlidir.

F-1.az xatırldır ki, niderlandlı sürücü gələn mövsüm AlphaTauri komandasında Pyee Qaslini əvəz edəcək.

Helmut Marko: “Yuki Tsunoda hələ gəncdir və təcrübəsi yoxdur. Buna görə də Nik komandaya liderlik etməlidir. Görək gələn il nə olur. Nikin təcrübəsi buna imkan verməlidir”.

Qeyd edək ki, Nik daha əvvəl Formula3, Formula2 və Formula E seriyalarının qalibi olub.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*