Y.Tsunoda: Hədəfim davamlı xal almaqdır

AlphaTauri komandasının sürücüsü Yuki Tsunoda bildirib ki, yeni mövsümdəki hədəfi hər yarışdan xal almaqdır.

F-1.az xatırladır ki, AlphaTauri keçən il zəif təsir bağışlamış və yekunda 9-cu yeri tutmuşdu.

Yuki Tsunoda: “Əsas hədəfim hər yarışda stabil performans göstərmək və xal qazanmaqdır. Nəzarətin məndə olmasını istəyirəm. Daha yaxşı performans göstərib, sıralanma turunda son sessiyaya qalıb, yarışlarda xal qazana bilərəm”.

,