Y.Tsunoda: Həmiltonla mübarizədə çox şey öyrəndim

AlphaTauri komandasının sürücüsü Yuki Tsunoda bildirib ki, Lyuis Həmiltonla mübarizə zamanı çox şey öyrənib.

F-1.az xatırladır ki, yaponiyalı sürücü Türkiyə yarışında Həmiltonla mübarizə aparmış və rəqibini bir neçə dövrə arxasında saxlaya bilmişdi.

Yuki Tsunoda: “Bundan həzz aldım. Onu səkkiz dövrə arxamda saxlayacağımı gözləməzdim. Buna görə də yaxşı idi. Daha sonra yerimdə fırlandım. Lakin o ana qədər hər şey gözəl idi.

Davamlı güzgülərə baxırdım. Məni keçəndən sonra sürətlə fərqi açdı və onu görə bilmədim. Ancaq mənə hücum edərkən yoxladığı trayektoriyalardan çox şey öyrəndim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*