D.Kvyat heyvan kimi sürüb

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat mövsümün ilk yarışı Avstraliyada heyvan kimi sürüb.

F-1.az xatırladır ki, rusiyalı sürücü yarışa 15-ci yerdən başlasa da, finiş xəttini 10-cu keçərək bir xal qazanıb. Lakin Kvyat yarışda Ləns Strolla hücum edərkən tras xaricinə çıxmışdı.

Daniil Kvyat: “Strollu keçmək istədim. Çox sürətlə gəlirdim. DRS açıq idi və əyləcə gec basdım. Təkər kilidləndi. O an yarışın bitdiyini düşünsəm də, davam etdim. Arxadakı sürücülərlə bir az fərq var idi. Sakit olmağa çalışdım və sonrakı dövrələrdə heyvan kimi sürdüm. Səkkiz və ya doqquz dövrədən sonra yenidən ona çatdım. Karyeramın ən çətin xallarından birini qazandım və bütün yarış ərzində sürətli maşınlardan birini arxamda tutdum”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*