Red Bull Qaslini istəmir?

AlphaTauri komandasının sürücüsü Pyer Qasli düşünür ki, Red Bull onu əsas komandada istəmir.

F-1.az xatırladır ki, fransalı sürücü 2019-cu ildə Daniel Rikkardonun əvəzinə komandaya gəlmiş, amma gözlənilən performansı göstərə bilmədiyi üçün yay tətilində yenidən AlphaTauri-yə ( o dövrdəki adı ilə Toro Rosso) geri göndərilmişdi. Qaslini debütant Aleks Elbon əvəz etmişdi.

Lakin Pyer bundan sonra biri qələbə olmaqla üç dəfə podiuma yüksəlib və stabil performans göstərir. Buna baxmayaraq Helmut Marko onu yenə AlphaTauri-də saxlamaq istəyir.

Pyer Qasli: “Bu, Red Bull-dan asılıdır. Hər şey mümkündür və Helmut ilə müzakirələr aparırıq. Lakin hazırda Red Bull məni istəmir.

Mövsümə əla başlamışam və karyeramdakı ən yaxşı başlanğıcdır. Bakıda podiuma yüksəldim və ilk 11 yarışdakı ən vacib hadisə bu idi. Bu il sırlaanma turunda güclüyük. Bolidə hər həftəsonu son sessiyaya çıxara bildik və bu, böyük uğurdur. Bazar günləri də yaxşı nəticələr qazandır. Sürətli rəqiblərimizlə mübarizə apardıq. Bəzən McLaren və Ferrari ilə yarışdıq. Hazırda beşinci yer uğrunda mübarizə aparırıq və daha əvvəl belə olmamışdı. Bu, bizim yaxşı mövsüm keçirdiyimizin göstəricisidir. Hazırda hər şey yaxşı gedir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*