Orlen AlphaTauri-nin yeni tərəfdaşıdır

Bir neçə il Alfa Romeo-nun sponsoru olan, Robert Kubitsanı dəstəkləyən Polşanın neft şirkəti indi də AlphaTauri komandası ilə çoxillik müqavilə bağlayıb.

F-1.az xəbər verir ki, Orlen şirkətinin loqotipi yeni avtomobilin bir neçə hissəsində, o cümlədən arxa qanadda və sürücülərin kombinezonunda əks olunacaq.

Frants Tost: “Mən şadam ki, 2023-cü il mövsümü Mərkəzi Avropanın aparıcı neft və qaz şirkətlərindən biri olan Orlen ilə müqavilənin imzalanması ilə bağlı müsbət xəbərlərlə başlayır. Nyu Yorkdakı təqdimat zamanı onların loqosunu yeni avtomobilimizdə görməyi və gələcək illərdə tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*