13 Dekabr 2018, Cümə axşamı - 03:37

Toro Rosso kommunikasiya problemi yaşayıb

Toro Rosso kommunikasiya problemi yaşayıb

Müəllif: Rauf Hacıyev, redaktor

14:02 - 16 Aprel, 2018

Çin yarışının 31-ci dövrəsində qəza edərək yarışın taleyini dəyişən Toro Rosso komandasının sürücülərinin insidentinin səbəbi kommunikasiya problemi olub.

F-1.az xatırladır ki, bu təmasdan sonra stüardlar təhlükəsizlik maşını rejimi elan ediblər və nəticədə daha çevik davranaraq iki sürücüsünü birdən pitə alan Red Bull komandası yarışda Rikkardo ilə qələbə qazanıb.

Pyer Qasli: “Mənə dedilər ki, Brendon düzlüyün sonunda sənə yer verəcək. Mən də elə bildim ki, ötmək üçün icazə verir və daxili trayektoriyadan hücum etdim. Düşündüm ki, mənə dönmək üçün yer qoyacaq, amma daha sonra normal dönməyə başladı. Artıq gec idi və əlimdən heç nə gəlmirdi. Əyləcə basıb qəzanın qarşısını almaq istəsəm də, işə yaramadı. Utancverici hal idi. Heç kim komanda yoldaşı ilə təmas yaşamaq istəməz. Bir-birimizi anlamadıq”.

Brendon Hartli: “Kommunikasiya problemi idi. İlk pit-stopdan əvvəl mövqelərimizi dəyişdik, çünki UltraSoft təkərlərdə problem yaşayırdım. Ona 14-cü döngədə yol vermişdim. İkinci dəfə də eyni cür etmək istədim. Məncə, elə başa düşdü ki, keçməsi üçün ona yol verirəm. Amma elə düşüncəm yox idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 137
Teqlər , , , ,
Paylaş

logo