C.Herbert: Qasli Aston Martin-in qapısını döyməlidir

Sabiq Formula1 sürücüsü Conni Herbert bildirib ki, Pyer Qasli gedib Aston Martin-in qapısını döyməlidir.

F-1.az xatırladır ki, fransalı sürücü neçə illərdir AlphaTauri-də iyib batır. Red Bull onu əsas komandaya götürmək niyyətində deyil.

Conni Herbert: “Məncə, Pyer də Danielin etdiyini etməli və Red Bull-dan ayrılmalıdır. Aston Martin-ə gedib onların planlarını öyrənməlidir. Sonra da mən sizinlə işləməyə hazıram deməlidir.

Məncə, Lourens Stroll oğlunun yanına gedib deməlidir ki, “bax, oğlum sənə şans verdim, amma bacarmadın. Artıq komanda üçün doğrusunu etməliyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*