P.Qasli razı qalıb

AlphaTauri komandasının sürücüsü Pyer Qasli bildirib ki, Bəhreyn testlərinin ilk günündən razı qalıb.

F-1.az xatırladır ki, fransalı sürücü testlərin ilk günündə fərqli formada işləyib. Nahara qədər dolu çənlə sazlanmalar və aero üzərində işləyib və geridə qalıb. Nahardan sonra isə ən sürətli dövrəni vuraraq, ilk günü zirvədə bağlayıb.

Pyer Qasli: “Günü birinci yerdə bağlamaq əla oldu. Lakin vaxta yox, özümüzə və performansımıza fokuslanmalıyıq. Hazırda nəticələrin heç bir mənası yoxdur. Bu nəticələr gələn həftə sıralanma turunda önəmli olacaq.

Zirvədə olmaq gözəl şeydir, amma üzərində işləməli olduğumuz sahələr var. Ümumilikdə yaxşı gün idi. Bu bolidin yaxşı tərəfləri çoxdur. Növbəti günlərdə onu daha yaxşı anlamağa çalışacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*