18 İyul 2019, Cümə axşamı - 15:57

Barselona, 20.02.2019

Barselona, 20.02.2019

Müəllif: Elçin Zodorov, redaktor

21:10 - 20 Fevral, 2019

Testlərin ilk iki günü isti havada baş tutsa da, bu gün səhər hava soyuq və buludlu olub. Sürücülər günə ənənəvi olaraq aerodinamik hissələrin yoxlanılması ilə başlayıblar. Daha sonra isə uzun məsafələr üzərində çalışıblar.

F-1.az bildirir ki, günün ən əlamətdar hadisələrindən biri Williams-ın testlərə qoşulması olub. Qrouv təmsilçisi səhər maşını avtodroma gətirib. Corc Rassel trasa çıxıb və yavaş-yavaş boksa qayıtmalı olub. Mexaniklər maşın üzərində 1.5 saat işləyiblər və bundan sonra Rassel trasa qayıdıb. İlk dövrələr olduqca yavaş templə vurulub. Corc daha sonra sürəti artırıb, lakin trasdan çıxıb və yenidən boksa qayıdıb. Komanda bu gün 23 dövrə ilə yetinməli olub. Əgər sabah hər hansı problemlə qarşılaşmasalar, Williams üçün ilk tam test günü olacaq. Kubitsa sükan arxasına keçəcək – azarkeşlər onu həftənin əvvəlindən gözləyirlər.

McLaren səhər 2.5 saatlıq vaxt itirib – mexaniklər maşının sazlanmaları üzərində işləməli olublar. Lakin Sayns trasa çıxaraq bunu kompensasiya edib. Nahardan sonra ispan sürücü çınqıllığa çıxsa da, trasa qayıda bilib. Müxtəlif aerodinamik həlləri yoxlayan Toro Rosso-da Kvyat bir neçə dövrə vurduqdan sonra trası tərk edib və uzun müddət boksda qalıb. Lakin günün sonunda ən çox dövrə vuran ikinci sürücü olub və göstərdiyi nəticə ilə protokollara başçılıq edib.

Renault dünənki DRS problemindən sonra proqramını dəyişməli olub. Hülkenberq yumşaq təkərlərlə qısa sürüşlər edib, nahardan sonra isə Rikkardo uzun məsafələr qət edib. Haas komandası maşını ikiqat dünya çempionu Emerson Fittipaldinin 22 yaşlı nəvəsi Pietro Fittipaldiyə əmanət edib. Pietro mühərrikdəki problemə görə dayanmalı olub və qırmızı bayraqlar dalğalanıb. Nahardan sonra Qrojan da eyni problemlə qarşılaşıb.

Mercedes ənənəsinə sadiq qalıb – komanda hər iki sürücüsünün köməyindən istifadə edib, məsafə plana uyğun olaraq artırılıb, lakin sürətli dövrələr üzərində çalışılmayıb. Komanda keçən il də 8 test gününün yalnız birində protokollara başçılıq etmişdi. Lyuis Həmilton maşından çox razı qaldıqlarını bildirib.

Fettel günün əvvəlində az yanacaq və yumşaq təkərlərlə işləsə də, Rəykkönen daha yaxşı nəticə göstərib. Daniil Kvyat isə ilk 3 günün ən yaxşı nəticəsini əldə edərək protokollara başçılıq edib – 1:17.704.

Testlər sabah davam edəcək.

YerNSürücüKomandaZamanFərqDövrəTəkər
126Daniil KvyatToro Rosso1:17.704137С5
27Kimi RəykkönenAlfa Romeo1:17.762+ 0:00.058138С5
33Daniel RikkardoRenault1:18.164+ 0:00.46080С4
45Sebastyan FettelFerrari1:18.350+ 0:00.646134С3
533Maks FerstappenRed Bull1:18.787+ 0:01.083109С3
627Niko HülkenberqRenault1:18.800+ 0:01.09663С4
78Roman QrojanHaas1:19.060+ 0:01.35669С3
851Pierro FittipaldiHaas1:19.249+ 0:01.54548С4
955Karlos SaynsMcLaren1:19.354+ 0:01.65090С3
1011Serxio PeresRacing Point1:20.102+ 0:02.39867С3
1177Valtteri BottasMercedes AMG1:20.693+ 0:02.98988С3
1244Lyuis HəmiltonMercedes AMG1:20.818+ 0:03.11494PR
1363Corc RasselWilliams1:25.625+ 0:07.92123С3

 


Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 298
Teqlər , , ,
Paylaş

logo