F.Tost: “Elbon Red Bull-da qalacaq”

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, Elbon 2020-ci ildə də Red Bull-da qalacaq.

F-1.az xatırladır ki, taylandlı sürücü avqust ayında Pyer Qaslinin əvəzinə Red Bull komandasına keçib.

Frants Tost: “Onun komandamıza qayıdacağına inanmıram, lakin F1-də nə baş verəcəyini əvvəldən demək olmur. Düzünü desəm, Elbondan belə performans gözləmirdim. Məni təəccübləndirdi. Əslində Red Bull sürücülərimizdən birini çağırmasaydı, məyus olardım. Çünki bu, bizimçün problem olardı. Sürücülərimiz Red Bull-da yaxşı performans göstərirsə, hər şey qaydasındadır.

Gənc sürücülər Toro Rosso-ya gələndə onlara deyirəm ki, diqqətli olsunlar. Bəziləri bunu anlasa da, bəziləri anlamırlar. Anlamayanlar proqramdan çıxarılırlar. Bu qədər bəsit! Maks və Sebastyan kimi sürücülər alma kimi ağacda yetişmirlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*