Bu vəzifədə Qven birbaşa komandanın rəhbəri Loran Mekisə tabe olacaq və 2027-ci ildə gələcəyə yönəlik Red Bull Racing-in reorqanizasiyası çərçivəsində idarəetmə qrupuna daxil olacaq.
Çoxlarının Formula1-də istedadların inkişafı üzrə aparıcı mütəxəssislərdən biri hesab etdiyi Qven Red Bull Junior proqramının rəhbərliyinə cavabdeh olacaq, yeni nəsil istedadların axtarışı, inkişafı və yüksəldilməsinə nəzarət edəcək.
Loran Mekis: “Qven Formula1-də istedadların inkişafı üzrə ən yaxşı mütəxəssislərdən biridir və mən şəxsən bilirəm ki, o, gənc sürücülərlə işə hansı peşəkarlıq, liderlik keyfiyyətləri və həvəs gətirir.
Red Bull Junior proqramı həmişə Red Bull-un uğurunun təməl daşı olub və Gvenin onu tezliklə idarə edəcək olması yeni nəsil istedadların inkişafına hələ də verdiyimiz önəmi əks etdirir.
Bu gün biz yenidən Helmut Markonun iki onillikdən artıq müddət ərzində junior proqramı yaradıb və ona rəhbərlik edərək göstərdiyi misilsiz töhfəni qeyd etmək istəyirik. Onun uzaqgörənliyi, işə bağlılığı və seçməklə yanaşı istedadları üzə çıxarmaq və inkişaf etdirmək qabiliyyəti sayəsində junior proqramı Formula1-də nümunəvi oldu və o, bunun üçün böyük minnətdarlığa layiqdir”.
Qven Laqryu: “Red Bull Racing-ə keçid mənim həyatımda yeni, həyəcanlı bir fəsilin başlanğıcını işarə edir. Mercedes-də on bir unudulmaz ildən sonra mən hiss etdim ki, yeni çağırışı qəbul etmək və şəxsi ilə peşəkar inkişafımı davam etdirmək vaxtıdır.
Red Bull Junior avtosportda pilotların hazırlanması üzrə ən hörmətli və uğurlu proqramlardan biridir. O, dünyaya bir neçə böyük istedad bəxş edib; mənim üçün belə istedadlı komandaya rəhbərlik etmək və onun növbəti fəslini yazmağa kömək etmək böyük şərəfdir. Mən Loranla və bütün komanda ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm və bu fürsətə görə çox minnətdaram”.





