P.Vindsor: Ferstappen Həmiltonu üstələyərdi

Tanınmış jurnalist Maks Ferstappenlə Lyuis Həmilton eyni komandada olacağı təqdirdə niyə niderlandlını daha şanslı gördüyünü açıqlayıb.

F-1.az bildirir ki, Piterin yanaşması maraqlı olduğu qədər, əslində birtərəflidir.

Piter Vindsor: “Belə bir halın baş verməsi üçün Lyuis Həmiltonun Red Bull komandasına keçidi baş tutmalıdır. Başqa cür mümkün deyil. Orada da Maks Ferstappeni məğlub etmək çətindir. Çünki onun komanda, Kristian Horner və xüsusilə də, Ədrian Nyui ilə əla münasibətləri və tanışlıqları var.

Təbii ki, Həmilton onlara qoşulsa, son illərdə Mercedes-də əldə etdiyindən qat-qat yaxşı nəticə göstərəcəkdi. Ola bilsin ki, sıralanma turlarında bəzən Maksdan öndə olardı. Ancaq ümumi sıralama baxımından, ən azı Rassell, Həmilton və ya Lekler olmağınızdan asılı olmayaraq, Ferstappenin Nyui ilə duetini üstələmək demək olar ki, mümkün deyil”.

Maraqlıdır, görəsən Maks Ferstappen Mercedes-ə keçərsə, bu ikilinin mübarizəsi necə nəticələnər?

Xatırladaq ki, ikili arasındakı mübarizə 2021-ci ildə pik həddə olub. Çempionluq yarışının taleyi son yarışın son dövrəsində həll olunub. O zaman Lyuis və Maksın münasibətləri də heç də yaxşı deyildi…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*