Həmilton uğursuz seriyaya doğru gedir

Mercedes komandasının sürücüsü Lyuis Həmilton gələn həftə Britaniyada qələbə qazana bilməsə, karyerası ərzində ən uzun qələbəsiz seriyası olacaq.

F-1.az xatırladır ki, britaniyalı pilot karyerası ərzində çıxdığı 297 yrışdan 103-də qalib gəlib. Bu da 34.68 faizlik göstəricidir. Lakin yeddiqat Dünya Çempionu bu mövsüm özünə bənzəmir və karyerasının ən pis dövrünü yaşayır.

Həmilton bu il yarış qazanmadığı kimi heç bir dövrə belə olsun, lider gedə bilməyib. O, gələn həftə vətəni Britaniyada qələbə qazana bilməsə, qələbəsizlik seriyası 11 yarışa çatacaq. Bu da onun karyerasında ilk olacaq.

Britaniyalı pilotun ən uzun qələbəsizlik seriyası 10 yarışdır. Bu seriya 2008-ci ilin braziliya yarışında başlayıb, 2009-cu ilin Macarıstan yarışında bitib. İkinci seriya isə 2012-ci ilin Braziliya yarışında başlayıb, 2013-cü ilin Macarıstan yarışında sona çatıb. Həmiltonun hazırkı uğursuz seriyası keçən ilin Əbu Dabi yarışında başlayıb. İndiyə qədər davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*