Müqayisə – Həmilton, Rosberq və Ferstappen ilk döngəni necə kəsiblər? (video)

Meksika Qran Prisi bir çox hadisə ilə yadda qalıb. Bütün söz-söhbətlərin, müzakirələrin yaranmasına səbəb isə sürücülərin ilk döngəni kəsərək keçməsi olub.

F-1.az xəbər verir ki, Rodriqes Qardaşları avtodromunda tribunada əyləşən bir fanat tərəfindən çəkilən bu video Youtube-da iki gün ərzində 100 mindən çox adam tərəfindən izlənilib. Videoda üç sürücünün  – Lyuis Həmilton, Niko Rosberq və Maks Ferstappenin birinci döngəni kəsməsi göstərilir.

Xatırladırıq ki, hər üç halda digər sürücülər onların üstünlük əldə etdiyini bildirib. Lyuisin ilk dövrədə trasdan çıxaraq geri qayıtmasına Daniel Rikkardo və Niko Hülkenberq etiraz ediblər. Lyuisdən bir neçə saniyə sonra Maks tərəfindən trasdan sıxışdırılaraq çıxarılan Niko da vaxt itirməmək üçün döngəni kəsib, lakin Mercedes AMG sürücülərindən heç birinə cəza verilməyib. Yarışın sonunda isə həmin yerdə trasdan çıxaraq geriyə Fettelin önündə qayıdan Maksın nəticəsinin üzərinə 5 saniyə əlavə olunub.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*