Həmilton komandasından üzr istəyib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton üzr istəyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa üçüncü yerdən başlasa da, startda Karlos Sayns onu keçib və dördüncü yerə düşüb. 33-cü dövrə də isə Saynsa hücum edərkən səhvə yol verib və bariyerlərə çırpılıb.

Buna baxmayaraq yarışa qayıdan yeddiqat Dünya Çempionu sonlarda yenə səhv edib və Ferstappen onu keçib. Qaradərili pilot yekunda 9-cu yeri tutub.

Lyuis Həmilton: “Erkən pit-stopla Saynsı qabaqlaya bilərdik. Amma quru təkərlərə kimin ilk keçəcəyi vacib idi. Bunun üçün çalışırdım, amma bariyerlərə çırpılanda hər şey əldən getdi.

Komandadan üzr istəyirəm. Yaşayırıq və yeni şeylər öyrənirik. Buradan geri qayıdacağıq. Həftəsonuna yaxşı başladıq. Sadəcə yarışda bəxtimiz gətirmədi. Onu keçməyə çalışırdım və yeddinci döngədə təkərləri blokladım.

Belə hadisələr yaşananda məyus olarsınız. Ancaq yenidən cəhd edərsiniz. Yarışın sonunda Sebastyanı keçməyə çalışsam da, daxili trayektoriya yaş idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*