09 Dekabr 2018, Bazar - 23:27

Rusiya-2018: Sıralanma turu

Rusiya-2018: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:08 - 29 Sentyabr, 2018

Soçi Avtodromunda ötmə etmək asan deyil, sıralanma turunun nəticələri çox vacibdir, amma bu gün peletonun dörddə biri üçün heç bir əhəmiyyt kəsməyib. Beş sürücü güc qurğusunun elementlərini dəyişdiyinə görə cəzalandırılıblar – Red Bull və Toro Rosso sürücüləri ilə birlikdə Fernando Alonso istənilən halda son cərgələrdən start verməli olublar.

F-1.az bildirir ki, dünən nahara qədər Sebastyan Fettel protokollara başçılıq etsə də, nahardan sonra Ferrari-nin sürücüləri sürət çatışmazlığından gileyləniblər. Mercedes sürücüləri isə ən yumşaq təkər tərkibində rəqiblərindən çox sürətli olublar. Bu gün səhər Lyuis Həmiltonun Fettel üzərində üstünlüyü 0.6 saniyəyə çatıb.

Pirelli iki həftə əvvəl olduğu kimi Soçiyə HyperSoft, UltraSoft və Soft tərkiblərini gətiriblər. Amma tərkiblər arasındakı sürət fərqi Sinqapurdakı kimi olmayıb, sadəcə daha çox yanacaq ehtiyatı ilə HyperSoft tez yeyilib, ona görə də komandalar bu tərkibin yarışda istifadəsini minimuma endiriblər. Bir çox komandalar isə əvvəldə finala çıxmamağı planlaşdırıblar ki, yarışda azad təkər seçiminə malik olsunlar.

İlk sessiyaya hamı HyperSoft tərkibi ilə çıxıb. Sürücülər dövrələr seriyası ilə işləyiblər, yavaş dövrələri sürətli dövrələrlə növbələyiblər ki, təkərləri işçi rejimə çıxara bilsinlər. Həmilton protokollara başçılıq edib – 1:32.410.

Son sürətli dövrəsində Sirotkin yerində fırlanıb, maşının arxası baryerlərə toxunub, amma Sergey maşını boksa çatdıra bilib. Mübarizəni isə Hartli ilə bərabər Williams və McLaren sürücüləri dayandırıblar.

İkinci sessiyaya Mercedes və Ferrari sürücülər UltraSoft tərkibdə başlayıblar. Digər sürücülər isə HyperSoft-a üstünlük veriblər. Red Bull, Toro Rosso və Renault sürücüləri, ümümiyyətlə, trasa çıxmayıblar – bəziləri cəzalarına görə, bəziləri isə son sessiyaya çıxmaq istəmədiklərinə görə.

İlk cəhdindən Həmilton protokollara başçılıq edib – 1:32.595. Qasli ilə birlikdə Red Bull və Renault sürücüləri növbəti sessiyaya keçməyiblər.

Son sessiyaya hamı yenə də HyperSoft-la çıxıb. İlk cəhdində Bottas möhtəşəm nəticə göstərib – 1:31.528 və komanda yoldaşını çox cüzi (0.004 saniyə) üstələyib.

İkinci cəhdində Valtteri nəticəsini bir qədər də yaxşılaşdırıb – 1:31.387, Soçinin yeni rekorduna imza atıb. Həmilton ilk sektorda ən yaxşı nəticə göstərsə də, ikinci sektorda səhvə yol verib və boksa qayıdıb.

Valtteri Bottas Soçidə sıralanma turunda qalib gələrək, mövsümdə 2-ci, karyerasında isə 6-cı poulunu qazanıb. Həmilton ikinci nəticə göstərib – Mercedes sürücüləri ilk cərgəni tam zəbt ediblər.

İkinci cərgə tam qırmızı alınıb – Fettel növbəti dəfə Rəykköneni qabaqlayıb. Üçüncü cərgədən isə Maqnussen və Okon start alacaqlar.

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
177Valtteri BottasMercedes21:32.964521:32.74461:31.3877
244Lyuis HəmiltonMercedes11:32.410711:32.59561:31.5325
35Sebastyan FettelFerrari61:33.476731:33.04551:31.9437
47Kimi RəykkönenFerrari51:33.341741:33.06551:32.2376
520Kevin MaqnussenHaas91:34.078481:33.74751:33.1816
631Esteban OkonRacing Point121:34.290571:33.59661:33.4136
716Şarl LeklerSauber71:33.924851:33.48831:33.4196
811Serxio PeresRacing Point101:34.084591:33.92351:33.5636
98Roman QrojanHaas81:34.022861:33.51731:33.7046
109Markus ErikssonSauber111:34.1708101:33.99561:35.1963
1133Maks FerstappenRed Bull31:33.048511
123Daniel RikkardoRed Bull41:33.247412
1310Pyer QasliToro Rosso131:34.383813
1455Karlos SaynsRenault141:34.626614
1527Niko HülkenberqRenault151:34.655615
1628Brendon HartliToroRosso161:35.0377
1714Fernando AlonsoMcLaren171:35.5046
1835Sergey SirotkinWilliams181:35.6126
192Stoffel VandornMcLaren191:35.9776
2018Ləns StrollWilliams201:36.4377

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 349
Teqlər , , , , ,
Paylaş

logo