T.Volff: Simulyator Həmiltona kömək edir

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Lyuis Həmiltonun simulyatorda işləməsi ona qələbə qazanmaqda kömək edib.

F-1.az xatırladır ki, brutaniyalı sürücü cümə günü Silverstouna yaxın olan komandasının bazasına getmiş və simulyatorda əlavə məşqlər etmişdi. Bunun nəticəsində slralanma turunda 1-ci olan yeddiqat Dünya Çempionu sprint yarışına birinci yerdən başlamışdı.

Bazar günü isə Həmilton yarışı qazanaraq, beşyarışlıq qələbə həsrətinə son qoydu.

Toto Volff: “Düzdür, Həmilton keçmişdə simulyatoru heç sevmirdi. Ancaq simulyatorumuzu təkmilləşdirdik və ən yaxşı səviyyəyə gətirdik. O da bunun faydalarını görməyə başladı. Hazırda biz çətin mübarizədəyik və buna görə də hər şeydən istifadə etməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*