Mercedes komandanın bütün işçilərini bazasına toplayır

Lyuis Həmiltonun Mercedes-dən Ferrari-yə mümkün transfer xəbəri sürətlə genişlənir.

F-1.az xəbər verir ki, BBC Sport mənbələrinə istinadən bildirib ki, Mercedes komandasının bütün heyəti komanda başçısı Toto Volff və texniki direktor Ceyms Əllisonla brifinq üçün komandanın Brəklidəki bazasına toplanır. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq bu brifinqdə çox güman ki, Lyuis Həmiltonun karyerasını başa vuracağı açıqlanacaq.

Hazırda Mercedes və Ferrari-nin mətbuat xidmətləri yeddiqat dünya çempionunun mümkün transferini şərh etmirlər. Sky Sports-un britaniyalı şərhçisi Devid Kroft sosial şəbəkələrdə Lyuisin Ferrari-yə keçməsi haqqında yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*