Həmilton azarkeşlərə müraicət edib

F-1.az xəbər verir ki, britaniyalı sürücü Mercedes komandasının sosial şəbəkələrdəki rəsmi hesablarında yayımlanan video vasitəsilə komandanın azarkeşlərinə səslənib.

Lyuis Həmilton: “Əgər siz olmasaydınız, mən burada olmazdım, ona görə də enerjinizə, fədakarlığınıza, qətiyyətinizə və mətanətinizə görə hamınıza çox minnətdaram. Hər şeyi hiss edirəm və bu mənə motivasiya verir. 2023 mövsümü məhz bizim istədiyimiz kimi ola bilər. Ona görə də gəlin pozitiv qalaq və ümid edək ki, bu il yaxşı keçəcək”.

Xatırladaq ki, ötən mövsüm Lyuis Həmilton karyerasında ilk dəfə çempionatda heç bir yarış qazana bilməyib və sürücülər çempionatında altıncı olub.

Mercedes yeni avtomobilini fevralın 15-də təqdim edəcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*