P.Qasli: “İstədiyim kimi deyil”

Red Bull komandasının sürücüsü Pyer Qasli bildirib ki, RB15-də sazlanma tapmaqda çətinlik çəkir və buna görə də performansı zəifdir.

F-1.az xatırladır ki, fransalı sürücü ilk iki yarışda cəmi 4 xal toplaya bilib və bəzi mütəxəssislər gənc sürücünün qovulacağını düşünürlər.

Pyer Qasli: “Sazlanma tapmalıyam və mühəndislər də mənə kömək etməlidirlər. Bundan başqa sürüş stilimi də təkmilləşdirməliyəm. Boliddə hələ də özümü yaxşı hiss etmirəm. Mənim üçün çətindir. Bolid gözlədiyim kimi deyil. Maşında potensial var. Görək necə həll edirik. Bəhreyndəki səkkizincilikdən razı deyiləm. İstədiyim bu deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*